Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub
Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N. Tağıyev, 2024-cü il təvəllüdlü K. Tağıyev, 2021-ci il təvəllüdlü R. Tağıyev, 2010-cu il təvəllüdlü E. Tağıyev və ailənin daha bir üzvüdür.
Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.
***
Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.
Lent.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.
Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
22:48
Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər.