Uşaq dünyaya gətirən  robotlar yumurtaları haradan alacaq?
20 avqust 2025 14:17 (UTC +04:00)

Uşaq dünyaya gətirən robotlar yumurtaları haradan alacaq?

Çində hamiləliyi təmin edə bilən, o cümlədən dölü bətnində daşıyaraq doğuş prosesini həyata keçirə bilən robotun yaradılması üzərində iş aparılır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, insana bənzəyən robotun qiyməti 100 000 yuan (təxminən 14 min ABŞ dolları) təşkil edəcək.

Robot surroqat ananın əsas komponenti xüsusi hazırlanmış süni uşaqlıq texnologiyasıdır. Bu sistem xüsusi hazırlanmış amniotik maye ilə doldurulur, döl isə lazım olan qidaları xüsusi boru sistemi vasitəsilə alır.

Qeyd edək ki, Çinin sosial şəbəkəsində çoxsaylı tənqidi şərhlər yayılmağa başlayıb: “Ana ilə əlaqəsi olmadan doğulan döl nə qədər dəhşətlidir”, “Bu, insan etikası ilə ziddiyyət təşkil edir”, “Yumurtalar haradan alınacaq?” və s.

Lakin çoxluq layihəyə müsbət yanaşıb: “Əgər qiyməti illik maaşımın yarısı qədər olsa, dərhal alaram”, “Qadınlar artıq əziyyət çəkmək məcburiyyətində qalmayacaqlar”, “Nəhayət, qadınlar azad oldu”.

Bir çox ekspertlər ümid edirlər ki, hamilə robot layihəsi Çində getdikcə daha da aktuallaşan sonsuzluq probleminin həllinə töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar