Bakıda 31 yaşlı kişi qətlə yetirildi
20 avqust 2025 18:52 (UTC +04:00)

Bakıda 31 yaşlı kişi qətlə yetirildi

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 18 radələrində Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.  

31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar