Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1985-ci il təvəllüdlü E. Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.