Tovuzda qazi ilə bağlı iddialara cavab verildi: Əsassızdır
30 aprel 2026 08:25 (UTC +04:00)

Tovuzda qazi ilə bağlı iddialara cavab verildi: Əsassızdır

0

Tovuz rayonunda qazi Samir Məmmədovla bağlı yayılan iddialarla aydınlıq gətirilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, onun barəsində cinayət işi araşdırmalarla zərərçəkmiş şəxsin müraciəti və toplanmış sübutlar əsasında başlanılıb.

İstintaqla S.Məmmədov həmkəndlisi Etibar Qasımovu heyvan oğurluğu bağlı yaranmış mübahisə zəminində döyərək sağlamlığına zərər vurub və bu fakt məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiqlənib. Əməldə şübhəli bilinən digər şəxsin ifadəsi və videogörüntü əsasında S.Məmmədovun oğurluqla bağlı verdiyi məlumatın həqiqəti əks etdirmədiyi, qarşı tərəfə qarşı irəli sürdüyü iddiaların əsassız olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxs istintaqdan yayınmağa cəhd göstərdiyinə görə barəsində axtarış elan olunub, sonradan müalicə aldığı tibb müəssisəsində ona yenidən ittiham elan edilərək qanunvericiliyə uyğun prosessual tədbirlər görülüb. 

Cinayət işi ilə əlaqədar yayılan iddialar həqiqəti əks etdirmir, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qazi Samir Məmmədov çobanlıq edən Etibar Qasımovu döyərək onun qolunu sındırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar