Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi,  biri öldü - YENİLƏNİB
29 aprel 2026 17:39 (UTC +04:00)

Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü - YENİLƏNİB

0

Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 19 yaşlı Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 14 yaşlı yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***
11:32

Bakıda gənc oğlan və yeniyetmə qız hamamda qazdan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, R.Bağırov küçəsində qeydə alınıb.

Ağdaş rayon sakini 19 yaşlı Y. A. və Yevlax rayon sakini 14 yaşlı T. B. kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Nəticədə Y.A. ölüb, T.B. isə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2082

Oxşar yazılar