Tarixi uğur:  PSJ-nin baş məşqçisi Qvardiolanı keçdi
29 aprel 2026 19:46 (UTC +04:00)

Tarixi uğur: PSJ-nin baş məşqçisi Qvardiolanı keçdi

0

PSJ-nin baş məşqçisi Luis Enrike və onun yetirmələri gərgin keçən oyunda "Bavariya " üzərində 5-4 hesablı qələbə qazanmağı bacarıblar.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla da ispaniyalı Çempionlar Liqasında 50-ci qələbəsini qazanıb. Onu da qeyd etmək lazımdır ki, bu oyun Enrikenin məşqçi kimi bu yarışda 77-ci qələbəsi olub.

Luis artıq Pep Qvardiolanın Çempionlar Liqasında 80 oyunda 50 qələbə rekordunu qırıb. PSJ-nin məşqçisi bu mərhələyə digər məşqçilərdən daha tez çatıb.

Qeyd etmək lazımdır ki, Fransa komandası son 10 oyunun doqquzunda ümumi hesabı 30-7 olan qələbə qazanıb. Bu dövrdə yeganə məğlubiyyəti “Lion”la oyunda (1:2) olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar