İmişli rayonunun Qulubəyli kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 28 yaşlı Vüqar Vaqif oğlu Tarverdiyevi tanışı bıçaqlayıb.
Yaralı dərhal Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.