Gəncədə avtomobillə piyadanı vurub öldürən şəxs polis əməkdaşı olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, 21 yaşlı Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu avtomobillə vurub öldürən Xəyal Yolçuyev Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşıdır.
Araşdırma aparılır.
***
Saat: 09:09
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 21 yaşlı, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.