Polisin dəfn mərasimi
06 avqust 2021 17:00 (UTC +04:00)

Polisin dəfn mərasimi

Vilayət Eyvazov həlak olan polisin dəfnində - FOTO

Qumbara partlaması nəticəsində ağır yaralanan və ötən gün xəstəxanada dünyasını dəyişən polis kapitanı Elçin Səfərov dəfn edilib.

Lent.az-ın məlumatına görə, dəfn mərasimi bu gün paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş tutub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 

Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.   

Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! 

Allah rəhmət eləsin!

# 6966
avatar

Mehman Nəbiyev

Oxşar yazılar