Xaricdə təhsil adı ilə insanları aldadan Əşrəfin MƏHKƏMƏSİ
22 yanvar 2026 17:17 (UTC +04:00)

Xaricdə təhsil adı ilə insanları aldadan Əşrəfin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə özünü xaricdə təhsil üzrə məsləhətçi kimi təqdim edərək, külli miqdarda dələduzluq edən Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

 Zərərçəkən N.Z övladının  universitetə daxil edilməsi ilə  bağlı Ə. Əşrəfli ilə müqavilə bağladığını bildirib:

 "Əşrəf  Əşrəfliyə ümumi hesabla 18 000 verməli idim. Əşrəf dedi  ki, heç olmasa, pulun yarısını ver. Dedim  tanımadığım adama bu qədər məbləği birdən- birə verə bilmərəm, ancaq  7000 dollar verə bilərəm. 7000 dollar, manatla hesablayanda bizim pulla  11000 900 edir. Universitetdə dərslər başlayana qədər uşaq yerləşdirilməli idi, amma günlər keçməsinə baxmayaraq, xəbər çıxmadı. İki dəfə Əşrəfə zəng etdim, məni arxayın saldı ki, Ankaradakı Osman Qazi Universitetində  proseslər uzanır. Bir ay sonra bir də zəng edəndə cavab vermədi. Sonra bir də zəng etdim, yerinə dostu cavab verdi ki, Əşrəf həbs olunub. Getdim Əşrəfin ofisinə. Uşağın sənədini ofisdə oturan xanımdan tələb etdim, əvvəl vermək istəmədi, amma sonda sənədləri ala bildim".

Növbəti proses 26 fevral saat 16:00-a təyin edilib.

Xatırladaq ki, ittiham aktına görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan 34 min manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək. Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib. Səbinə Abdullayeva çıxış edərək bildirib ki, Əşrəf orta ixtisas təhsili ilə 2 diplomlu müəlliməni aldatdı, naxçıvanlı olmaqla deyil.

Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaqda Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.

Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı "set.az", "ashrafli.az", "xaricde.com" saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən "Ş.Group", "AConsalting.az", "Press.Legal", "İHA.AZ", "SET" xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib. Faktla bağlı cinayət işi başlanılıb, Əşrəf Əşrəfliyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar