Xaricdəki blogerlərə hökm oxundu
26 dekabr 2025 16:59 (UTC +04:00)

Xaricdəki blogerlərə hökm oxundu

0

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın (Bəbirov) barələrində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Qurban Məmmədov 14 il, Tural Sadıqlı 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Zərərçəkən qismində Xəqani Xəlilov tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar