Mövlud Mövlud necə intihar edib? - <span style="color:red;">TƏFƏRRÜAT  - <span style="color:red;">YENİLƏNİB
16 mart 2017 12:29 (UTC +04:00)

Mövlud Mövlud necə intihar edib? - TƏFƏRRÜAT - YENİLƏNİB

0

Bu gün saytları açan hər kəs Mövludun intihar xəbəri ilə sarsıldı. 28 yaşını hələ tamam etməmiş bu yazarın həyatına son qoyması insanları kədərə boğdu. Bəs Mövlud Mövlud (Abdullayev) niyə intihar edib?

 

Dostları Lent.az-ın əməkdaşı ilə söhbətində Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.

 

İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud dünən də həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq, özünü oradan atıb. Qeyd edək ki, Mşövlud Mövlud teleqraf.com saytının əməkdaşı olub. Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər.

 

Maraqlıdır ki, Mövludun kirayə yaşadığı mənzilin qapısına kağızdan hazırlanmış ürək fiquru yapışdırılmışdı.

 

*****

 

11:05

 

Ötən gecə intihar etmiş gənc yazar Mövlud Mövludun cənazəsi morqdan çıxarılıb və dəfn olunmaq üçün doğulduğu Qazax rayonuna aparılıb. Bu barədə Lent.az-a mərhumun yaxınları xəbər verib.

 

***

10:12

 

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar