Dünyanın ən bahalı  ölkəsi artıq İslandiya deyil - Pandemiya   buranı DİRÇƏLTDİ
28 may 2026 20:15 (UTC +04:00)

Dünyanın ən bahalı ölkəsi artıq İslandiya deyil - Pandemiya buranı DİRÇƏLTDİ

0

İslandiya dünyanın ən bahalı ölkəsi olub və bu göstəriciyə görə İsveçrəni geridə qoyub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hazırda İslandiyada qiymət səviyyəsi İsveçrə ilə müqayisədə üç faiz bəndi daha yüksəkdir. Buna səbəb pandemiyadan sonrakı dövrdə turizmin kəskin artımı göstərilir. Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri olan turizm həm iqtisadi yüksəlişi, həm də qiymət artımını sürətləndirib.

Həmkarlar ittifaqının nümayəndələrinin sözlərinə görə, turizm xidmət sektorunda inflyasiyaya ciddi təsir göstərir. Turist axınının yaratdığı yüksək tələbat əməkhaqlarının artmasına səbəb olub. Bundan əlavə, turizm daşınmaz əmlak bazarına da mənfi təsir edib və mənzil qiymətlərinin yüksəlməsini sürətləndirib.

2024-cü ildə alıcılıq qabiliyyəti nəzərə alınmaqla hesablanan qiymət səviyyəsində İsveçrə İslandiyanı yeddi faiz bəndindən çox qabaqlayırdı. Lakin son dövrdə vəziyyət dəyişib və İslandiya ən bahalı ölkəyə çevrilib.

Ekspertlər hesab edirlər ki, qiymətlərin davamlı yüksəlməsi gələcəkdə turistləri ölkədən uzaqlaşdıra bilər. Bildirilir ki, İslandiya iqtisadiyyatında məhsuldar sektorların kifayət qədər inkişaf etməməsi ölkənin iqtisadi həssaslığını artırır.

Vilhjalmur Hilmarsson bildirib: “Uzunmüddətli perspektivdə İslandiya məhsuldar iqtisadi sahələr formalaşdırmır. Biz əmək tutumlu sənaye sahələrindən həddindən artıq asılıyıq və bu, davamlı inflyasiya təzyiqi yaradır. Daha çox dayaq iqtisadi sahələrinin inkişafına ehtiyac var”.

Hilmarsson həmkarlar ittifaqı Viskanın iqtisadçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar