“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: <span style="color:red;">ölən var
19 avqust 2017 18:27 (UTC +04:00)

“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

0

Ağdaş rayonunun Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

 

Məlumata əsasən, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar