“KamAZ” la “Mercedes” toqquşdu: <span style="color:red;">ölən və yaralanan var
21 avqust 2017 12:45 (UTC +04:00)

“KamAZ” la “Mercedes” toqquşdu: ölən və yaralanan var

0

 

Avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Nəticədə R.Abbasovun sərnişini – Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar