[b]Gəncədə 27 yaşlı oğlan bıçaqlandı[/b]
21 avqust 2017 23:20 (UTC +04:00)

[b]Gəncədə 27 yaşlı oğlan bıçaqlandı[/b]

0

Gəncədə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədov Zaur Vidadi oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin kafi olduğu bildirilir. Z. Məmmədovun sözlərinə görə, o münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar