Bu gün Bakı Apelyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin işi üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərinm apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Anar Məmmədlinin şikayəti təmin edilmədi
Oxşar yazılar

Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
19 may 2025 , 16:16
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
19 may 2025 , 15:53
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalında iştirakını etiraf etdi
19 may 2025 , 15:39
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olundu
19 may 2025 , 13:44
DTX Pakistanda gizlənən terrorçuları tutaraq ölkəyə gətirdi - VİDEO
19 may 2025 , 12:53
Sükan arxasında daha bir "kefli" sürücü saxlanıldı - Maraqlı GÖRÜNTÜLƏR
19 may 2025 , 12:35
Qaxda avtobus yandı
19 may 2025 , 10:50