Azərbaycanda bu gün
19 mart 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

19 mart 

 

1405. Əmir Teymur (Teymurləng) vəfat edib

 

1910. Səttarxan və Bağır xan Təbrizdən Tehrana yola düşüb

 

1919. Əmək Nazirliyinin tələbi ilə Azərbaycan parlamenti nazirliyin nəzdində Fəhlə məsələsi üzrə Xüsusi Məşvərət Şurasının yaradılması haqqında qanun qəbul edib

 

1920. Bakıda erməni silahlıları hücum edərək 2 nəfər azərbaycanlı əsgəri qətlə yetirib. Bunun ardınca müxtəlif bölgələrdə Azərbaycan ordusuna qarşı hücumlar təşkil edilib

 

1923. Zaqafqaziya kommunist təşkilatının I qurultayı keçirilib

 

1925. Nəriman Nərimanov Moskvada müəmmalı şəkildə vəfat edib

 

1994. Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib. Həlak olanların siyahısı stansiya çıxışına vurulub.

 

2007. Prezident İlham Əliyevin 560 saylı fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti” təsis edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 699

Oxşar yazılar