Azərbaycanda bu gün
24 mart 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

24 mart 

 

1841. Zaqafqaziya diyarı Baş İdarə Şurasın qərarı ilə bəylər və ağalar özlərinin tiyul torpaqlarından məhrum edildilər

1945. Gəray Əsədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

1988. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Krunk" cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə günahlandırılaraq rəsmən qadağan edilib. Lakin təşkilat yenə də fəal iş aparırdı

1990. Erməni hərbi birləşmələri rusların köməyi ilə Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edib. Kəndin 7 sakini, o cümlədən iki qadın və iki aylıq körpə yandırılıb, 11 ev talan edilərək külü göyə sovrulub

1992. Azərbaycan Respublikası Finlandiya ilə diplomatik əlaqələr qurub

1992. Helsinkidə ATƏM-in (indiki ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Dağlıq Qarabağda vəziyyət müzakirə olunub. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib

1992. Milli qəhrəman Naiq Yusifov həlak olub

1997. Kiyevdə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında 17 saziş (hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, konsul xidməti, standartlaşma və metrologiya və s.)  imzalanıb

2008. Müğənni Tükəzban İsmayılova vəfat edib

2009. MONEYVAL Azərbaycana dair hesabatını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1018

Oxşar yazılar