Direktor itkin düşən şagirdlərindən danışdı - <span style="color:red;">YENİLƏNİB
18 fevral 2016 11:31 (UTC +04:00)

Direktor itkin düşən şagirdlərindən danışdı - YENİLƏNİB

Bakının Nizami rayonu ərazisində itkin düşən 11 yaşlı iki şagird - Şamil Babayev və İsmayıl Şəfiyevin təhsil aldıqları orta məktəbin direktoru hadisə barədə danışıb. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Nizami rayonu 32 saylı orta məktəbin direktoru Sevda Abdullayeva faktı təsdiqləyib.

 

Məktəb direktoru bildirib ki, hadisə fevralın 17-də günorta saatlarında baş verib. Məktəbin 5-ci sinif şagirdləri Ş. Babayev və İ. Şəfiyev dərsdən çıxıb evlərinə yola salınıb. Lakin şagirdlər evlərinə getməyiblər.

 

Şagirdlərin dərsdən sonra valideynlərinə təhvil verilməsi məsələsinə münasibət bildirən S. Abdullayeva bildirib: "Həmin şagirdlər həmişə məktəbə özləri gəlib, özləri gediblər. Onları heç vaxt valideynləri məktəbdən götürməyib. Bu barədə valideynləri polisə izahatlarında da qeyd ediblər".

 

Direktor qeyd edib ki, hazırda polis şagirdlərin axtarışına başlayıb və onların gedəcəyi ehtimal edilən ərazilərlə bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, fevralın 17-də Bakının Nizami rayonu, 32 saylı orta məktəbin iki şagirdi - Şamil Babayev və İsmayıl Şəfiyev yaşadıqları mənzillərdən orta məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıblar.

 

***

 

11:19

 

Dünən Bakıda iki azyaşlı uşaq itib. Bu barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb. Uşaqların valideynlərinin Lent.az-a veridyi məlumata görə, 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayıl Bakının 32 saylı orta məktəbinin şagirdləridir. Şamil və İsmayıl dünən dərsdən çıxıb evə qayıtmayıb. Ailələr polisə müraciət edib. Yollara nəzarət kamerasından uşaqların son görüntüsü əldə edilib. Onlar sonuncu dəfə "Neftçilər" metrostansiyasına tərəf gediblər.

 

İsmayılın anası Viktoriyanın sözlərinə görə, İsmayıl daxılındakı pulu da götürüb. Məktəbdə telefon işlətməyə icazə olmadığından həmin gün telefonunu da evdə qoyub. 

 

Şamilin əynində qara kurtka, göy şalvar, ağ idman ayaqqabısı, İsmayılın əynində isə göy şalvar, bordo kurtka və şabalıdı çəkmə olub. Uşaqları görənlərdən polisə və ailələrinə məlumat vermələri xahiş olunur.

 

(050) 527-11-80 Yekaterina (Şamilin anası)

(055) 935-82-60 Viktoriya (İsmayılın anası)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar

Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25
Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı

Ağdamda qadını ilan sancdı

9 may 2025 , 19:49
2 yaşlı uşaq  əmisi oğlunu traktorla əzib öldürdü

2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü

9 may 2025 , 19:08