Bakıda kişi meyiti tapılıb
11 dekabr 2014 16:16 (UTC +04:00)

Bakıda kişi meyiti tapılıb

Bakıda 55-60 yaşlı kişi küçədə ölüb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən "AygünCity" ticarət mərkəzinin yaxınlığında yaşlı kişi qəfil yıxılıb. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsə də, həmin şəxsin öldüyü məlum olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib və meyit morqa aparılıb.

 

Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, ölən şəxsin kimliyi araşdırılır. Ölümün səbəbi ekspertizadan sonra məlum olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234

Oxşar yazılar