Bakının Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş 4 otaqlı və 3 otaqlı evin dam örtüyü yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğının kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkarlanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.