Bakıda matros həlak  oldu
25 mart 2013 10:49 (UTC +04:00)

Bakıda matros həlak oldu

0

Azərbaycan Ordusu hərbçisini itirib.


 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 24-də saat 21.25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.

 

Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

 

Hadisə ilə əlaqədar araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2301

Oxşar yazılar