Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayon ərazisində evlərin birindəki seyfdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşdirilib. Abşeron rayon sakinləri Fəxri Nərimanlı, əvvəllər məhkum olunmuş Qara Məmmədov və Nurlan Məmmədov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.