Baş Prokurorluq və DİN türkiyəli biznesmenin qətli ilə bağlı məlumat yaydı
07 iyun 2013 17:29 (UTC +04:00)

Baş Prokurorluq və DİN türkiyəli biznesmenin qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki,  iyunun 5-də saat 19.00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 

Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. İlkin istintaqla müəyyən edilib ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.



Hazırda iş üzrə istintaq davam etdirilir.

 

# 1046
avatar

Oxşar yazılar