Bu qidaları  çayla içmək olmaz   – Ancaq çoxları sevir
14 may 2024 17:33 (UTC +04:00)

Bu qidaları çayla içmək olmaz – Ancaq çoxları sevir

Sağlamlığınıza zərər verməmək üçün bir sıra qidalarla çay içmək olmaz. 

Lent.az xəbər verir ki, mütəxəssislər həmin qidalarla bağlı siyahı tərtib ediblər. 

Dietoloqların fikrincə, bunlardan birincisi bir çoxlarının sevdiyi şəkərdir. Məlumata görə, müntəzəm olaraq şirin çay içmək maddələr mübadiləsini yavaşlada və hətta diabetin ikişafına gətirib çıxara bilər. 

Bundan əlavə, çaya bal əlavə etməməlisiniz. Çünki bu məhsulu ümumiyyətlə istiliklə istehlak etmək yaxşı fikir deyil.

Bildirilir ki, 60 dərəcədən yuxarı qızdırılanda bal kanserogenə çevrilir.

Hər kəsin çox sevdiyi şeylərdən biri də limonlu çaydır. Ancaq mütəxəssislər bundan da çəkinməli olduğunuzu qeyd edir. Əslində bu içki zərərsizdir. Ancaq heç bir faydası da yoxdur. Çünki isti çay sitrus meyvələrindəki bütün vitaminləri öldürür. 

Sonda isə dietoloqlar südlü çayı da qida rasionundan çıxarmağı məsləhət görür. Çünki süd çaya əlavə edilən zaman o çayın tərkibindəki antioksidantların udulmasını pozur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7344
avatar

Sevinc Fərid

Oxşar yazılar