Valideynlərin uşaqlara  nağıl oxumasının   əsas SƏBƏBLƏRİ
14 may 2024 19:18 (UTC +04:00)

Valideynlərin uşaqlara nağıl oxumasının əsas SƏBƏBLƏRİ

Müəyyən bir valideyn cəmiyyəti var ki, övladlarına bilərəkdən nağıl oxumurlar. Göstərilən səbəblər zorakılıqdan tutmuş mənasız fikirlərə qədərdir. Amma bu konsepsiya ilə razılaşmayan amerikalı alimlər araşdırma aparıb və nağıl oxumağın lehinə bir neçə sübut təqdim ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı alimlər nağılları dinləyən uşaqlarda tapdıqları keyfiyyətləri sadalayıblar.

1. Nağıllar uşaqlara psixoloji çətinliklərin öhdəsindən gəlməyə kömək edir, böyüklərdən daha az asılı və müstəqil olurlar.

2. Uşaqlar həyatın qaranlıq tərəflərinin olduğunu başa düşür, valideynlər isə bəzən uşağı bəlalardan qorumağa çalışırlar.

3. Nağıllarda insan varlığının həddi kimi ölüm və ya qocalma qeyd olunmur. Onlar tez-tez qocalmış valideynlərin gənc nəslə yol verməsini misal gətirirlər.

4. Uşaqlar qəhrəmanla onun sınaqlarını və nailiyyətlərini bölüşməyi, eyni zamanda personajları ayırd etməyi və şəkillər çəkməyi öyrənirlər.

5. Amma ən əsası, eyni zamanda, uşaqlar müsbət personajları pislərdən asanlıqla fərqləndirir, bununla da özlərini yaxşılarla eyniləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Fidan İlqar

Oxşar yazılar