Pərəstişkarları Runinin görünüşünə  təəccübləndi
14 may 2024 16:27 (UTC +04:00)

Pərəstişkarları Runinin görünüşünə təəccübləndi

İngiltərə futbolunun əfsanəvi nümayəndəsi Ueyn Runi futbolçu karyerasını bitirdikdən üç il sonra tanınmaz görünür.

Lent.az xarici mediaya istinadəb məlumat verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu üç il əvvəl “Derbi Kaunti”də futbolçu, sonra isə məşqçi olduqdan sonra karyerasını başa vurub.

Daha sonra “Di Si Yunayted” və bu mövsüm “Birminqem Siti”nin baş məşqçisi olub.

Sosial şəbəkələrdə onun futbolçu karyerasından fərqli olaraq tanınmaz göründüyü son fotosu yayılıb.

"O, 70 yaşlı kişiyə bənzəyir. Allergik reaksiyası var? Şişmiş görünür", - fanatlar “Twitter”də yazıblar.

Runi 2004-2017-ci illərdə "Mançester Yunayted"in heyətində 559 oyunda 253 qol vurub.

O, “Qırmızı şeytanlar”la yanaşı, iki dəfə “Everton”, “Di Si Ynayted” və “Derbi”də çıxış edib və İngiltərə millisində 120 oyunda 53 qol vurub.

O, bütün dövrlərin ən yaxşı ingilis futbolçularından biri hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662
avatar

Oxşar yazılar