Fermanın həyətində narkotik bitki əkirmiş
01 sentyabr 2017 15:22 (UTC +04:00)

Fermanın həyətində narkotik bitki əkirmiş

0

Ağcabədi rayonunda fermanın həyətindən narkotik tərkibli bitki aşkarlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Salmanbəyli kəndi ərazisində rayon sakini Vahid Baxşəliyevə məxsus fermanın həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirimiş 2 ədəd çətənə kolu, habelə yaşadığı evdən 28 qram marixuana aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar