Güneyli məhbuslara ailələri ilə görüş yasaqlanıb
10 mart 2013 05:59 (UTC +04:00)

Güneyli məhbuslara ailələri ilə görüş yasaqlanıb

0

Ayət (Yürüş) Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Lətif Həsəni artıq öz ailələri ilə görüşə bilməyəcək.

Təbrizin mərkəzi zindanının narkomanlar və narkotik maddələrin qaçaqmalçılığında ittiham olunanların bölümündə saxlanılan milli-mədəni fəalların görüşünə martın 8-də qadağa qoyulub.

Zindan məsulları görüş qadağasını bunu elan etdikdən sonra onları hədələyərək, deyib ki,  ailələri və vəkilləri bu məsələni çox qabartmasınlar: «Əks halda ziyanını özünüz görəcəksiniz».

Qeyd edək ki, adlarını çəkdiyimiz azərbaycanlı ictimai fəallar son aylarda «sistemin əleyhinə təbliğ» ittihamı ilə tutularaq, ETTELAAT idarəsində sorğu-suala edildikdən sonra bu şəhərin mərkəzi zindanına köçürülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar