Gürcüstanda silahlı azərbaycanlı tutuldu
24 avqust 2013 14:53 (UTC +04:00)

Gürcüstanda silahlı azərbaycanlı tutuldu

0

Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan vətəndaşı saxlanılıb.


 

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, polis patrulu içərisində bir neçə nəfər olan BMW markalı avtomobili saxlayıb.

 

Avtomobildəkilərdən biri, Süleyman A. adlı şəxsin davranışı şübhə doğurduğundan polis əməkdaşları ondan avtomobildən düşməyi xahiş ediblər.

 

Axtarış zamanı onun üzərində “Makarov” tipli tapança aşkarlanıb. Avtomobildən isə 8 güllə tapılıb.

 

Faktla bağlı qanunsuz odlu silah saxlama və gəzdirmə üzrə cinayət işi başlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar