Hindistan vətəndaşı Bakıda işgəncə ilə öldürülüb
09 mart 2013 16:19 (UTC +04:00)

Hindistan vətəndaşı Bakıda işgəncə ilə öldürülüb

0

 

Bakıda meyiti tapılan Hindistan vətəndaşının iki gün əvvəl işgəncə ilə öldürüldüyü məlum olub.


APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, həmin şəxs Azərbaycanda küçə ticarəti ilə məşğul olub.

 

Qeyd edək ki, bu gün Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrinin üzərində müxtəlif dərəcəli xəsarətlər olan meyiti aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar