Mingəçevirdə avtobus 61 yaşlı kişini vurdu
27 avqust 2017 23:48 (UTC +04:00)

Mingəçevirdə avtobus 61 yaşlı kişini vurdu

0

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə Mingəçevirin Gəncə şossesində qeydə alınıb.

 

Mingəçevirdən Yevlaxın Aran qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes” markalı sərnişin mikroavtobusu yolu keçmək istəyən 1956-cı il təvəllüdlü şəhər sakini Kərimov İdris Nəbi oğlunu vuraraq ağır xəsarət yetirib. Hadisəni törədən sürücü dərhal yaralını şəhər xəstəxanasına çatdırıb.

 

Müayinə zamanı İ.Kərimovun alın nahiyəsində müxtəlif dərəcəli xəsarətlər aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar