Özünü bulvarda öldürmək istədi
28 mart 2013 10:01 (UTC +04:00)

Özünü bulvarda öldürmək istədi

0

 

Bu gün Bakı bulvarında intihara cəhd edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 07:49-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

 

Dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi, “Dalğa” kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:00-da başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 989

Oxşar yazılar