Piyadanı vurub qaçan sürücü tutuldu
25 mart 2013 10:14 (UTC +04:00)

Piyadanı vurub qaçan sürücü tutuldu

0

Sumqayıtda ağır yol qəzası baş verib.

 

Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Almaz Ziyad qızı Alıyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən qaçan sürücü, 1993-cü il təvəllüdlü Şahin Məmmədov tutulub. Onun hadisəni özünə məxsus “VAZ-21099” markalı avtomobillə törətdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 915

Oxşar yazılar