Şamaxıda canavarlar 100-dən çox qoyunu parçalayıb
10 mart 2013 22:35 (UTC +04:00)

Şamaxıda canavarlar 100-dən çox qoyunu parçalayıb

0

Şamaxı rayonunda kəndə hücum edən canavarlar xırda buynuzlu heyvanları tələf edib.

 

Lent. az-ın məlumatına görə, hadisə rayonun Hacıqədirli kəndində qeydə alınıb. Bu gün fermer Elsəvər İsmayılov özünə məxsus qoyunları dağlıq ərazidə otararkən canavarların hücumunə məruz qalıb.

 

Elsəvər İsmayılov sahədə köməksiz olduğu üçün canavarların qarşısını ala bilməyib. Ona yaxın canavar 100 baş qoyun- quzunu öldürüb, 70 baş heyvanı isə ağır yaralayıb. Sürüdən cəmi 180 baş qoyun salamat qalıb. 
 

Qeyd edək ki, fermada çobanlıq edən şəxslərə ov tüfəngindən istifadə etməyə icazə verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1536

Oxşar yazılar