Şəmkirdə faciə: sürücü “KamAZ”ın altında qalıb öldü
15 mart 2013 15:30 (UTC +04:00)

Şəmkirdə faciə: sürücü “KamAZ”ın altında qalıb öldü

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda 1968-ci il təvəllüdlü Əliyev Hikmət Böyükkişi oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin aşması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, sürücü ağır xəsarətlər alıb və yük avtomobilinin altında qalıb.

 

Yanğınsöndürən-xilasedicilər yaralını müvafiq qaydada avtomobilin altından çıxarıb və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasına təhvil verib. Əməliyyat saat 12:10-da başa çatıb. H.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar