Siyəzəndə cücə sexi yandı, 4 min cücə tələf oldu
17 mart 2013 22:01 (UTC +04:00)

Siyəzəndə cücə sexi yandı, 4 min cücə tələf oldu

0

Siyəzən  rayonunun Su kəməri qəsəbəsində cücə sexi yanıb, 4 min cücə tələf olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, özəl cücə sexinin qamışdan olan dam örtüyünün bir hissəsi yanıb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı sexdə olan 10000 ədəd cücədən 4 mini tələf olub.

 

Sexin qalan hissəsi isə yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1631

Oxşar yazılar