Xırdalanda "Range Rover"in şüşəsini  qırdılar - 11 minlik ZİYAN
08 yanvar 2026 16:32 (UTC +04:00)

Xırdalanda "Range Rover"in şüşəsini qırdılar - 11 minlik ZİYAN

0

Abşeron rayonunda bahalı avtomobilə külli miqdarda ziyan vurulub.

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib. O, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.  
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
 
Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar