Xocalıda qumbara partladı,   17 yaşlı oğlanın barmaqları kəsildi
02 may 2025 17:50 (UTC +04:00)

Xocalıda qumbara partladı, 17 yaşlı oğlanın barmaqları kəsildi

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, Tovuz rayonu, Cəlilli kənd sakini 17 yaşlı  Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən yaralanıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - məlumatda deyilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214

Oxşar yazılar