Qəbələdə intihar olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Rasim Ocaqov küçəsində baş verib.
Məmmədağalı kənd sakini 37 yaşlı Zamanov Anar Vahiz oğlu yaşadığı evin tavanından özünü asıb.
İntiharın səbəbi məlum deyil. Məlumata görə, mərhumun 1 övladı var.