MKİ-dən qəribə təklif – Sizi ABŞ agenti olmağa çağırırıq
03 may 2025 05:00 (UTC +04:00)

MKİ-dən qəribə təklif – Sizi ABŞ agenti olmağa çağırırıq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çində hökumət rəsmilərini tərəf dəyişməyə və dövlət sirlərini ABŞ-a ötürməyə çağırıb.

Lent.az xəbər verir ki, çağırışa Çin dilində sosial media kampaniyası kimi start verilib.

Çin dilində yayımlanan videolarda hakim Çin Kommunist Partiyasından məyus olan və sonra MKİ ilə əlaqə saxlayan Çin rəsmilərinin uydurma səhnələri yer alıb.

Sosial mediada paylaşılan videolarda təhlükəsiz şəkildə MKİ ilə əlaqə saxlamağa dair təlimatlar yer alır.

Videolardan birində Çin Kommunist Partiyasının yüksək vəzifəli üzvü rolunu oynayan aktyor ailəsi üçün hiss etdiyi qorxunu təsvir edir.

Videolar “Niyə MKİ ilə əlaqə saxladım: Gələcəyimə nəzarət etmək üçün” və “Niyə MKİ ilə əlaqə saxladım: Daha yaxşı bir həyat üçün” başlıqları ilə paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar