Yeddi evdən  oğurluq edən   saxlanıldı
22 may 2023 11:44 (UTC +04:00)

Yeddi evdən oğurluq edən saxlanıldı

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1146
avatar

Arzu Qurbanlı

Oxşar yazılar