Yeni il gecəsi 12-ci mərtəbədən  yıxıldı – SAĞ QALDI
02 yanvar 2026 16:56 (UTC +04:00)

Yeni il gecəsi 12-ci mərtəbədən yıxıldı – SAĞ QALDI

0

Rusiyanın paytaxtı Moskvada iki qadın böyük hündürlükdən yıxıldıqdan sonra sağ qalıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin son axşamı Moskvada iki qadın 5-ci və 12-ci mərtəbələrdən yıxıldıqdan sonra xəstəxanaya çatdırılıblar.

İlk hadisə saat 18:10-da Moskovski şəhərində (Yeni Moskva) baş verib. 19 yaşlı qız 12-ci mərtəbədən yıxılsa da, sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İkinci hadisə isə saat 22:40-da Zelenoqradda qeydə alınıb. 29 yaşlı qadın 5-ci mərtəbədən yıxılıb və o da sağ qalıb. Zərərçəkmiş bildirib ki, onu pəncərədən əri itələyib. Xəsarət alan qadın xəstəxanaya aparılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar