"Dini inancı hər kəs məktəbdən kənarda, məbəddə sərbəst yaşayır" - DEPUTAT
13 oktyabr 2026 17:19 (UTC +04:00)

"Dini inancı hər kəs məktəbdən kənarda, məbəddə sərbəst yaşayır" - DEPUTAT

1

"Azərbaycan dünyəvi dövlətdir. Vahid formanın məqsədi sadədir. Sinifdə uşaqlar arasında fərq görünməsin, hər şagird bərabər olsun". 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, qayda hər kəsə eyni formada tətbiq olunur:

"Məsələ dinə münasibət deyil, məktəbin neytral təhsil məkanı olmasıdır. Dini inancı hər kəs məktəbdən kənarda, ailədə və məbəddə sərbəst yaşayır.

Məsələnin həllində hər kəsin öz töhfəsini verməlidir. Valideynlər məktəbin qaydalarına əməl etməli və övladlarına bu qaydaların mahiyyətini izah etməlidir. Müəllimlər öz nümunəsi ilə şagirdlərə yol göstərməlidir. Məktəb rəhbərliyi isə qaydaları izah edərək, hamıya eyni şəkildə tətbiq etməlidir. Cəmiyyət də sosial şəbəkələrdə yayılan şayiələrə inanmamalı, məlumatı rəsmi mənbələrdən götürməlidir.
Nəticədə məktəbdə vahid qayda yalnız nizam-intizam məsələsi deyil. Bu, təhsilli, birlik və həmrəylik ruhunda böyüyən, ideoloji təxribatlara qarşı güclü immuniteti olan nəsil yetişdirməyin bir yoludur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 256

Oxşar yazılar