Kürdəmirdə yol polisinin reydi
10 avqust 2021 15:45 (UTC +04:00)

Kürdəmirdə yol polisinin reydi

Yol polisi reyd keçirdi: sürücülər bu səbəbdən saxlanıldı-FOTO

Yol polisi Kürdəmirdə reyd keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı isıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.

Tədbirlər zamanı kobud qayda pozuntuları yol verən sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

# 2127
avatar

Mehman Nəbiyev

Oxşar yazılar