İctimai nəqliyyatda  hər 4-cü gediş   cəmi 1 qəpik oldu
04 noyabr 2026 12:38 (UTC +04:00)

İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik oldu

0

“BakıKart” və Mastercard-ın birgə həyata keçirdiyi yeni kampaniya çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə cəmi 1 qəpik ödəyəcəklər.

"BakıKart"dan Lent.az-a bildirilib ki, kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniyanın şərtlərinə əsasən, sərnişinlər üç gedişi standart tariflə etdikdən sonra dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından cəmi 0,01 AZN tutulur.

Qeyd edək ki, güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.

Bir kart üzrə təqvim ayı ərzində maksimum 5 dəfə 1 qəpiklik gediş imkanından yararlanmaq mümkündür.

Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə edilməlidir.

Bu təşəbbüs ictimai nəqliyyatda təmassız ödənişlərin təşviqinə, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına və daha sərfəli ödəniş imkanlarının yaradılmasına xidmət edir.

“BakıKart” sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni texnoloji həllərin tətbiqini və tərəfdaşlarla birgə güzəştli kampaniyaların həyata keçirilməsini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar