"Yolka" bir ailəni evsiz qoydu
03 yanvar 2026 15:25 (UTC +04:00)

"Yolka" bir ailəni evsiz qoydu

2

Rusiyanın Amur vilayətinin Albazino kəndində gecə vaxtı qoşulu vəziyyətdə qalan Yeni il ağacının işıqları evi yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yanğın xəbərdaredici siqnalın işə düşməsi sayəsində çoxuşaqlı ailə vaxtında evdən təxliyə olunmağa müvəffəq olub.

Qadın ərini oyadıb. Kişi üç uşağı evdən çıxarıb, daha sonra alovu özü söndürməyə cəhd edib, lakin bu zaman yanğın artıq bütün otağı əhatə edib. İlk olaraq yaşayış məntəqəsinin könüllü yanğınsöndürənləri hadisə yerinə gəlib, daha sonra peşəkar yanğınsöndürənlər cəlb olunub. 

Yanğın nəticəsində iki mənzilli evin yaşayış hissəsi tamamilə yanıb. Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 862

Oxşar yazılar