2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixinə çevrildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən, canından keçərək adını tarixə yazan igidlərimizdən biri də şəhid Elşən Musayevdir.
Müharibənin ilk günündən döyüşlərə qatılan Elşən Musayev Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində vuruşub. Şəhidin həyat yoldaşı Mətanət Musayeva onun müharibəyə yollanmasını, son telefon danışığını və həyatının ən ağır günlərində yaşadığı ağrıları xatırlayır.
Elşən ailəsinə müharibəyə getdiyini deməyib, evdən təlim adı ilə ayrılıb.
Oktyabrın 2-də onun Cəbrayıl istiqamətində ağır yaralandığı xəbərini alan ailə üçün çətin günlər başlayıb:
Ətraflı APA TV-nin videomaterialında: